Kitab incələmə: SQL asan yanaşma yolu (Genişləndirilmiş versiya)


(blog post in Azerbaijani)

Təqdimat mərasimi

Azərbaycan dilində informasiya texnologiyaları movzusunda yazılmış kitab çox azdır. Bu tip kitabların az olmasının ən böyük səbəbi İT sahəsinə aid rəsmi terminaloji tərcümənin olmamasıdır. Buna baxmayaraq son illərdə bir neçə texniki nəşrlə tanış olmaq imkanım olmuşdur. Bu kitablardan biri Samir Səmədov (OCM11g, www.ocm.az) və Ramin Səmədov (OCP11g) qarşlarının müəllifliyi ilə çap olunmuş “SQL asan yanaşma yolu” kitabıdır.

Bu günlərdə bu kitabın yeni bir versiyası, “SQL Genişləndirilmiş versiya” kitabının İnfoCityAli və Nino mağazalar şəbəkəsininin dəstəyi ilə təqdimat mərasimi təşkil olunmuşdu və mən də bu tədbirə dəvət olunmuşdum. Samir və Raminə dəvətə görə xüsusi təşəkkür edirəm. Tədbir həqiqətən gözəl təşkil olunmuşdu.

SQL Asan yanaşma yolu - Genişləndirilmiş versiya:

Bu kitabın birinci versiyası ilə də tanış olmaq imkanım olmuşdu. Kitabın ikinci versiyası mənə də hədiyyə olunduğundan, oxumaq imkanım da oldu. İlk öncə onu deyə bilərəm ki, kitab asan dildə yazılıb. Operatorların asan başa düşülməsi üçün yaxşı nümunələr verilib. Kitabda select operatoru, group by, order by, alt sorğular və SQL funksiyalarının işləmə prinsipləri azərbaycanca yaxşı izah olunub. Eyni zamanda bu kitaba yeni mövzular əlavə olunub, beləki siz ierarxiya (rekursiv-dövri) sorğularla, indexlərlə (bitmap) bağlı birinci versiyada olmayan məlumatlarla tanış ola bilərsiniz. Bundan əlavə explain plan, hintlər və sorğuların məhsuldarlığının artırılması yolları barədə məlumatlar da kitabın bu verisyasına daxil edilmişdir.

Kitabın mündəricatı ilə aşağıda tanış ola bilərsiniz.



Bu kitab universitet tələbələri, SQL-ə yeni başlayanlar, verilənlər bazası proqramçıları, bir sözlə SQL-i öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulub.

“SQL asan yanaşma yolu”-nun kitabın genişləndirilmiş versiyasını “Ali və Nino” və “Akadem kitab” kitab dükanından da ala bilərsiniz. Kitab həm də M.F. Axundov adına "Azərbaycan Milli Kitabxanasına"da verilib, kitabxanada da oxumaq imkanınız var.

Kitab barədə daha geniş məlumat almaq üçün: http://www.sql.az səhifəsinə keçid edə bilərsiniz.

Hörmətlə
Mahir M. Quluzadə
http://www.mahir-quluzade.com

Comments

Popular posts from this blog

Oracle Data Guard 11g - How to safely remove a Data Guard Broker configuration?

Oracle Database 12c Release 2 - SQL*Plus History Command

Oracle Database 18c - Install On-Premises for Linux